Səfirlik: Bako Saakyan Britaniya parlamentinə hökumət tərəfindən dəvət olunmayıb

. “Bako Saakyan Britaniya parlamentinə hökumət tərəfindən dəvət olunmayıb”.

Bunu APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Açıqlamada deyilir ki, B. Saakyan Böyük Britaniyaya müstəqil şəkildə səfər edib və Britaniya hökumətinin bu səfərdə heç bir rolu yoxdur: “Parlamentarlar kimi parlamentə dəvət edəcəklərinə özləri qərar verirlər. Böyük Britaniyanın mövqeyi dəyişməzdir. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımırıq”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri