Avropa İttifaqı: "MasterCard” komissiyaları süni şəkildə artırır
- 09.07.2015, 18:43,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq ödəniş sistemi olan “MasteCard” heç bir səbəb olmadan kart sahiblərindən yüksək komissiya tutur.
APA BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəqabət məsələləri üzrə komissarı Marqaret Vestager bildirib.
"Alıcılar "MasterCard"ın kartlarından hər gün, qida, geyim və ya onlayn ticarət edərkən istifadə edirlər. Hal-hazırda biz "MasterCard”ın süni şəkildə komissiya artımına əl atmasından şübhələnirik. Bu isə Avropa İttifaqı daxilində olan alıcılara zərər vurur”, - deyə M. Vestaqer bildirib.
Qeyd edək ki, Avropa Komissiyası hazırda "MasterCard" barəsində antiinhisar araşdırması aparır.