"Procter & Gamble" biznesini satır

ABŞ-ın "Procter & Gamble" şirkəti gözəllik məhsullarının istehsalı biznesini satmaq barədə razılığa gəlib.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, "Procter & Gamble" biznesini 12,5 milyard dollara "Coty" şirkətinə satıb.

Razılaşma çərçivəsində "Coty" şirkətin 43 brendini satın alır. Bu sövdələşmə "Procter & Gamble"a vergi ödənişlərinin həcmini azaltmağa imkan verəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri