Putin: “Azərbaycan tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur”

"Ermənistan, Azərbaycan, Kamboca və Nepal Şanxay Əməkdaşlıq Təşkilatına tərəfdaş qismində qoşulur".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin rəhbərlərinin Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin çıxış edib.

O qeyd edib ki, qurumun işində iştirak etmək istəyən digər dövlətlər də var.

“Müvafiq tələbləri nəzərə alaraq, həmin dövlətlərin müraciətlərini diqqətlə nəzərdən keçirəcəyik”, - deyə o vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri