Bakı sakinindən tapança tapıldı

Bakı sakinindən tapança tapıldı Baki şəhər sakinindən "Makarov" tipli tapanca götürülüb.


Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baki şəhər sakini, əvvəllər məhkum olunmuş Xanəli Aslanovdan sandıqçasında 8 ədəd patronu olan "Makarov" tipli tapanca götürülüb.


Hazırda silahın haradan əldə edilməsi və onun törədilmiş hansısa cinayətdə istifadə edilib-edilməməsinə dair araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri