Azərbaycanda bu il ov edilməsi qadağan olunan ərazilər açıqlanıb

Azərbaycanda bu il ov edilməsi qadağan olunan ərazilər açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti bu il ov edilməsi qadağan olunan əraziləri açıqlayıb.


APA-nın xəbərinə görə, departamentin direktor müavini Hikmət Əlizadə nazirliyin saytına müsahibəsində deyib ki, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.



H.Əlizadə qeyd edib ki, ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Onun sözlərinə görə, birdəfəlik ov icazəsinin qiyməti dovşan - 2 manat 20 qəpik, çaqqal - 3 manat 96 qəpik, yenot və qunduz - 1 manat 65 qəpik, təkə - 24 manat 75 qəpik, qaban (çöl donuzu) - 16 manat 50 qəpik məbləğində müəyyən edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri