Arda Turan Azərbaycana təşəkkür etdi

Arda Turan Azərbaycana təşəkkür etdi O, “Barselona” ilə müqaviləyə imza atıb.

Türkiyəli ulduz futbolçu Arda Turan Azərbaycana təşəkkür edib.

Futbolçu rəsmi Facebook səhifəsində, “Futbol+” qəzetinin səhifələrinin şəkillərini yerləşdirib və “Azərbaycan mətbuatına Arda Turana olunan diqqətə görə təşəkkür edirik” yazıb.

Qeyd edək ki, Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan “Barselona” ilə müqaviləyə imza atıb. Razılaşma beş ilə nəzərdə tutulub. 28 yaşlı Turanın Madridin “Atletiko”sundan “Barselona”ya keçməsi iyulun 6-da rəsmi elan edilib. FİFA-nın “Barselona”ya qoyduğu sanksiyalar ucbatından yeni oyunçuların 2016-cı ilin yanvarına qədər meydana çıxmaq haqları yoxdur.


Arda Turan Azərbaycana təşəkkür etdi
Şərhlər
İdman bölməsinin xəbərləri