"Formula 1" yarışları ilə bağlı Azadlıq meydanında yeni infrastruktur yaradılacaq
- 11.07.2015, 14:41,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda keçirilməsi nəzərdə tutulan "Formula-1" yarısları ilə əlaqədar asfaltın bir qatı dəyişməli və xüsusi qat qoyulmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, hazırda "Formula-1" yarısları ilə bağli texniki işlər aparılır. Onun sözlərinə görə, bu yarısların keçirilməsi üçün şəhərdə şərait yaradılmalıdır: "Bunun üşün asfaltın bir qatı dəyişməli və xüsusi qat qoyulmalı, bütün kanalizasiya lyukları bərkidilməlidir".
A.Rəhimov deyib ki, asfalt örtüyünün dəyişdirilməsi 1,5-2 ay ərzində tamamlana bilər: "Gələn ilin mart-aprel aylarında bu işi başlaya bilərik".
Nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas pit-stop və paddok deyilən 2 mərtəbəli bina tikiləcək.
Qeyd edək ki, "Formula-1" avtoyarışları üzrə Avropa Qran-Prisi 2016-cı il iyulun 17-də Bakıda keçiriləcək.