Bakıda avtomobil özbaşına hərəkətə gəldi, sürücüsünü divara sıxaraq öldürdü
- 11.07.2015, 18:55,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədi rayonunda sürücü avtomobilin onu divara sıxması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, iyulun 10-da saat 10 radələrində Binəqədi rayonunun 28 May qəsəbəsində Sabirabad rayon sakini Sərdar Babayev özünə məxsus “VAZ-2103” markalı avtomobili üzü enişə saxlayıb.
Sonra avtomobil özbaşına hərəkətə gələrək onu divara sıxıb. Nəticədə sürücü hadisə yerində ölüb.