Göyçayda ana doğuşdan 3 gün sonra ölüb
- 03.06.2013, 16:12,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçay Mərkəzi Rayon Xəstəxanasında ölüm faktı qeydə alınıb. Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə iyunun 2-də axşam saatlarında baş verib.
Mayın 25-də xəstəxananın doğum şöbəsinə daxil olan rayon sakini, 1975-ci il təvəllüdlü Əsədova Aynur Sədiyar qızı doğuşdan sonra evə buraxılsa da, qısa müddətdə səhhəti pisləşib. O, mayın 28-də qan təzyiqi ilə yenidən xəstəxanaya daxil olub. A. Əsədovanın vəziyyəti ağır olduğundan Bakıdan həkim çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, A. Əsədova iyunun 2-də qan təzyiqinin kəskin yüksəlməsi nəticəsində dünyasını dəyişib. Onun övladı isə sağ-salamatdır.
Faktla bağlı araşdırma aparılır.