Meksikada 800-ə yaxın adam vulkan təhlükəsinə görə təxliyə olunub
- 12.07.2015, 12:34,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Meksikada Kolima vulkanının aktivliyi və püskürmə ehtimalı ilə əlaqədar 800-ə yaxın adam təxliyə olunub. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Kolima şəhərinin hava limanı bağlanılmışdır.
Qeyd edək ki, mütəxəssislər vulkanın qeyri-adi aktivliyini vurğulayırlar. Belə bir aktivlik 1913-cü ildə müşahidə olunub və vulkanın tarixində ən güclü püskürməyə gətirib çıxarıb.