Düşmən sənətçilər Təranə Qumralla Nazəninin məhkəmə qalmaqalı başa çatsa da, davaları bitmək bilmir. ANS-in məlumatına görə, məhkəmənin qərarına əsasən, Təranə Qumral həmkarından üzr istəyərək ona 10 min manat pul ödəməlidir. Qələbəsini bayram edən Nazənin bu qələbəsini bayram edərkən qarşı tərəf ona üst-üstə zərbələr vurur. Jurnalistlərə açıqlama verməkdən imtina edən Təranə Qumral sosial şəbəkədə ürəyini boşaltmaqla kifayətlənib.
Təranə Qumral deyəsən bu davaya son qoymaq barədə düşünmür. Üç gün əvvəl İnstagram səhifəsində Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovla bağlı əsəbi halda ağlasığmaz açıqlamalar verən müğənninin budəfəki statusunda daha sakit görünür. Həmkarı tərəfindən əri ilə xəyanətdə günahlandıran Təranə Nazəninə kinayəli mesajlar ünvanlayıb:
"Hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm, seçilirəm. Mən nə edə bilərəm ki, yanındakı üçün dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Sənin yanındakı mənə baxanda gözünü qamaşdıra bilirəmsə, deməli sən pas atmısan ay yazıq. Sənə gülürəm, sən yandıqca, mən həzz alıram. Səni yandıra bilmişəmsə çox xoşbəxtəm. Atalar gözəl deyib: özgə atına minən tez düşər!"
Təranə Qumralın İnstagram səhifəsində paylaşdığı statusu
Təranə Qumralın üç gün əvvəl əsəbi halda yazdığı statusunu bir balaca redaktə ilə xatırlatma olaraq təqdim edirik:
" "Azərbaycan kişisi" dedikdə gözümün önündə cəngavər, qürurlu, mərd oğullarımız canlanır. Amma mənim şəklini paylaşdığım bu şəxs, Azərbaycan lotosunda (Azərlotoreya nəzərdə tutulur – red.) işləyən adam həmin kişilərdən deyil. Kişilikdə payı olmadığından orda-burda ağzını əyri qoyub, özü kimi arvadlarla dalımca danışmaqla məşğuldur. Ay gədə, haram pul yeməkdənsə, xəstəsən, get özünü müalicə et. Bunun adı Məhəbbətdir, soyadı Həsənovdur. Evdə erməni qucağında böyüyüb. Bunu da erməni kimi böyüdüblər. Ona görə bilmir ki, Azərbaycan xanımı toxunulmazdır. Mənim bir qardaşım olub. O da Azərbaycan uğrunda şəhid olub. O bilməzdi ki, sənin kimi gədələr bu gün bir az pul qazanıb, özünü kişi kimi aparmaq istəyəcəklər. Onun-bunun bacısını, arvadını şantaj edəcəklər. Bilirəm, bu yazını oxuyan kimi məhkəmə haqda düşünəcəksən. Düşün. Orda da gəlib sənə sözümü deyəcəyəm, şərəfsiz”.
Təranə Qumralın İnstagram səhifəsində paylaşdığı status
Məhkəmədən sonra mətbuata açıqlama verən Nazənin uzun müddətdir susqunluğunun səbəbini belə əsaslandırdı: “Məhkəmədə qarşı tərəfin iddialarının əsassız, şər olduğu sübut edildi. Uzun müddət susdum, məhkəmə qərarının çıxmasını gözlədim. Haqlı olduğumu bilirdim. Vəkilimin məhkəməni udacağına inanırdım. Mənə və ailəmə atılan yalan və böhtanların cavabını məhkəmə prosesindəki qalibiyyətimlə verdim. Bəziləri məni qınadı ki, gərək bağışlayardın. Amma ailəm, şəxsiyyətim təhqir olundu. Necə susum? Təranə Qumralı ərimlə tutmuşam və bunu sübut da etdim. Məhkəmədə onun ərimə yazdığı intim mesajların hamısı ortaya çıxdı. İstəyirlər, bundan sonda Avropa Məhkəməsinə versinlər”.
Xatırladaq ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə münasibətdə olmaqda günahlandırmışdı:
"Ailəli kişi ilə nikahdasan. Orada tərbiyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün Azərbaycanı fırlatdın, gəl Musanı da sənə verirəm. Ev-eşik görməmişdin. Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin evi də, maşını da illərdir var. "Ərim" deyirsən. O, başqasının atasıdır. Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir birini keçirmisən əlinə, ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get ver. Onun sənəti yoxdur ki, sənət davası çəksin".
Xatırladaq ki, tərəflər arasında məhkəməm prosesi yekunlaşıb. Məhkəmədə araşdırma zamanı sübut olunub ki, həqiqətən Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə aralarında münasibət var. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazəninin həyat yoldaşına yazdığı mesajlar da üzə çıxarılıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.