Bakıda keçiriləcək "Formula 1"in vaxtı açıqlandı (FOTO)

Bakıda keçiriləcək "Formula 1"in vaxtı açıqlandı (FOTO) Meksikada Dünya Avtomobil İdman Şurasının iclasında “Formula 1” yarışlarınınn 2016-cı il üzrə cədvəli təsdiq edilib.

ANS-in Beynəlxalq Avtomobil Federasiyasına (FİA) istinadla verdiyi məlumata görə, Şuranın iclası zamanı cədvəl aşağıdakı kimi qəbul edilib:

3 aprel. Avstraliya Qran Prisi
10 aprel. Çin Qran Prisi
24 aprel. Bəhreyn Qran Prisi
1 may. Rusiya Qran Prisi
15 may. İspaniya Qran Prisi
29 may. Monako Qran Prisi
12 iyun. Kanada Qran Prisi
26 iyun. Böyük Britaniya Qran Prisi
3 iyun. Avstriya Qran Prisi
17 iyul. Bakı Qran Prisi
31 iyul. Almaniya Qran Prisi
7 avqust. Macarıstan Qran Prisi
28 avqust. Belçika Qran Prisi
4 sentyabr. İtaliya Qran Prisi
18 sentyabr. Sinqapur Qran Prisi
25 sentyabr. Malayziya Qran Prisi
9 oktyabr. Yaponiya Qran Prisi
23 oktyabr. ABŞ Qran Prisi
30 oktyabr. Meksika Qran Prisi
13 noyabr. Braziliya Qran Prisi
27 noyabr. Abu-Dabi Qran Prisi

2016-cı ildə Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında “Formula-1” yarışları keçiriləcək. Artıq ölkəmizdə yarışlarla bağlı hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir. Yarış üçün trasın tikintisi üzrə əsas işlər gələn ilə planlaşdırılıb. Bakının mərkəzində keçiriləcək şəhər trasının layihəsi German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib.

Yarışları keçirəcək “Baku Grand Prix” şirkətinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işləri başlayacaq. Tikinti işlərinin əsas mərhələsi gələn ilə planlaşdırılıb.


Bakıda keçiriləcək "Formula 1"in vaxtı açıqlandı (FOTO)


Bakıda keçiriləcək "Formula 1"in vaxtı açıqlandı (FOTO)


Bakıda keçiriləcək “Formula-1” yarışlarının xəritəsi

Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq. Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.


Bakıda keçiriləcək "Formula 1"in vaxtı açıqlandı (FOTO)

Formula-1” yarışlarında gərgin mübarizə



Hər il keçirilən Formula-1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca "Grands Prix", yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.
Şərhlər
İdman bölməsinin xəbərləri