Azərbaycan ilk rabitə peykinin istismarından gəlir götürməyə başlayıb
- 03.06.2013, 16:16,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan «Azerspace-1» milli süni rabitə peykinin telekommunikasiya imkanlarının 40%-ni artıq xarici ölkələrə icarəyə verib.
Bu barədə «APA-Economics»ə açıqlamasında «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev bildirib. Onun sözlərinə görə, artıq peykin telekommunikasiya imkanlarının 40%-i Afrika ölkələri tərəfindən istismar olunur: «Buna görə artıq 5 mln. dollarlıq ilkin gəlir də daxil olub».
R.Nəbiyev bildirib ki, peykin imkanlarının cəmi 20%-i Azərbaycanın ehtiyaclarını ödəməyə kifayət edir, imkanların qalan 80%-i isə digər istifadəçilərin istifadəsinə veriləcək.