Yunanıstana yardım proqramı 3 il ərzində 86 mlrd. avronun ayrılmasını nəzərdə tutur

Yunanıstana yardım proqramı 3 il ərzində 86 mlrd. avronun ayrılmasını nəzərdə tutur.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel avrozona ölkələri liderlərinin Brüsseldə keçirilən sammitindən sonra bəyan edib.

Merkel bildirib ki, avrozonaya daxil olan ölkələr Yunanıstanın borc yükünü yüngülləşdirməyə hazır olsalar da, borcun silinməsindən söhbət getmir. O əlavə edib ki, Yunanıstan banklarının təkrar kapitallaşdırılması üçün 25 mlrd. avro lazımdır.

Merkel həmçinin qeyd edib ki, Yunanıstan parlamenti iyulun 15-dək ƏDV islahatı, Milli Statistika Agentliyinin yenidən qurulması və pensiya sistemində dəyişikliklərlə bağlı müvafiq qanunlar qəbul etməlidir. Onun sözlərinə görə, yalnız bundan sonra avrozona ölkələrinin milli parlamentlərində Yunanıstana üçüncü yardım proqramına dair səsvermə keçirilə bilər.
Şərhlər
Dünya bölməsinin xəbərləri