Amerikalı həmsədr: “İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır”
- 14.07.2015, 18:47,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“İşğal olunmuş ərazilər kompleks nizamlanma çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.
APA-nın məlumatına görə, bunu “Vedomosti”yə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“Bu məsələdə hansısa bir element yaxud da bir nizamlanma prinsipi üzərində ilişib qalmaq olmaz. Ərazilər qaytarılmalıdır, lakin digər amillər də var. Ona görə də biz həmişə kompleks nizamlanmadan danışırıq – siz yalnız bir aspekti götürüb deyə bilməzsiniz ki, bu, nizamlanmanın əsasıdır”.
Diplomat sülh nizamlanmasının tam mahiyyəti ilə nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.