Bakıda avtomobildə meyiti tapılan şəxsi qətlə yetirməkdə təqsirləndirilən şəxs tutulub
- 14.07.2015, 18:47,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qətl hadisəsi törədən şəxs saxlanılıb.
Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın APA-ya verdiyi məlumata görə, polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Maştağa qəsəbəsində Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Əliyev Rauf Mikayıl oğlunu bıçaqlayaraq qətlə yetirən 1959-cu il təvəllüdlü Bağırov Yusif Maştağa oğlu tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, R. Əliyevin cəsədi çoxsaylı bıçaq xəsarətləri ilə iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində, Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildə tapılıb.