Ceyms Uorlik: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik”
- 14.07.2015, 18:56,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik”.
APA-nın məlumatına görə, bunu “Vedomosti”yə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O qeyd edib ki, görüşün uğurlu alınması üçün həmsədrlər diskussiya hazırlamalıdır.
“Son 12 ay ərzində 4 görüş keçirildi. Doğrudur, hələlik anlaşma əldə olunmasa da, bunun mümkünlüyünə inanıram. Danışıqlar yolu ilə nizamlanma mümkün olduğu üçün Vaşinqtonla Moskva bu prosesdə iştirak etməkdə davam edir. Biz anlaşmanın əldə edilə biləcəyi elə bir variant axtarırıq ki, orada bütün element və prinsiplər yer alsın”.
Atəşkəsin tam yerinə yetirilməməsinin narahatlıq doğurduğunu deyən diplomat bununla belə sülh nizamlanmasının mümkün olduğunu vurğulayıb.