Obama: “Vyana razılaşması Tehranla bağlı bütün məsələləri həll etmir”
- 14.07.2015, 18:58,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“İranın nüvə problemi ilə bağlı əldə olunmuş razılaşma Tehranla əlaqəli bütün məsələləri həll etmir”.
APA-nın məlumatına görə, belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.
Yaxın Şərqdəki tərəfdaşların, o cümlədən İsrail və körfəz ölkələrinin İranın terrorçuluğu dəstəkləməsi ilə bağlı narahatlığını bölüşdüyünü deyən ABŞ prezidenti qeyd edib ki, Vaşinqton Tehrana qarşı sanksiyaları qüvvədə saxlayacaq. Onun sözlərinə görə, həmin sanksiyalar insan haqlarının pozulması və ballistik raketlərin hazırlanması proqramı ilə bağlıdır.
Obama həmçinin administrasiyasının İsrailin təhlükəsizliyinin qorunması istiqamətindəki səylərini önə çəkib.