NATO: Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükədir
- 14.07.2015, 18:59,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır. Trend-in məlumatına əsasən, bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həll edilməsi çox çətin prosesdir: “Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır".
U.Lahyunun sözlərinə görə, NATO tərəflər arasında vasitəçi olmağı planlaşdırmır: "Çünki belə danışıqlarda vasitəçilik NATO-nun səlahiyyətləri və vəzifələri sırasında deyil. Ancaq Alyans münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun bütün səylərini tamamilə dəstəkləyir".