“Eurovision 2011” qalibi Nigar Camal avtomobil qəzası keçirib.
Live.Az-ın 1news.az-a istinadən məlumatına görə, Səidə Şahsuvarova qızının və rəfiqələrinin səhhətinin yaxşı olduğunu bildirib. O, hadisənin Quba yolunda baş verdiyini söyləyib.
Qeyd edək ki, N.Camalın qəza anını əks etdirən video sosial şəbəkədə yayılıb. Mahnı oxuyan və oynayan rəfiqələr həmin anı telefona çəkib. Qəfildən telefon yerə düşür və qışqırıq səsi eşidilir. Avtomobili N.Camalın rəfiqəsi idarə edib.