Azərbaycanda 2201 nəfərin fəxri adı var
- 16.07.2015, 09:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 2201 nəfər fəxri adı olduğu üçün dövlət tərəfindən təqaüd alır.
Dövlət Statistika Komitəsindən Trend-ə bidirilib ki, bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 216 nəfər "Xalq" (orta aylıq məbləğ 100 manat), 1985 nəfər isə "Əməkdar" (ayda 60 manat) fəxri adına görə təqaüd alır.
Ümumilikdə Azərbaycanda 51 618 nəfər dövlət qarşısında xüsusi xidmətlər göstərdiyinə görə təqaüd alır. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 125,81 manatdır.
Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü 419 nəfərə verilir. Bu təqaüdün orta aylıq məbləği 1000 manatdır.
Azərbaycanda 18 564 nəfər müharibə əlili orta aylıq məbləği 127,37 manat olmaqla təqaüd alır.
Ölkədə 664 nəfər Böyük Vətən müharibəsi əlilinə orta aylıq məbləği 137,48 manat və Cernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olmuş 2787 nəfər şəxsə orta aylıq məbləği 129,91 manat olmaqla təqaüd verilir.