AZAL aviabiletlərin qiymətinin təhlilinə başlayıb
- 16.07.2015, 14:57,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan Hava Yolları” QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb.
QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək.
Qeyd edək ki, təhlillər prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq aparılır.