Elmar Məmmədyarov Rusiyaya səfər edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasında səfərdədir.

APA-nın Moskva müxbirinin məlumatına görə, nazir bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.
Şərhlər
Siyasət bölməsinin xəbərləri