Aropa Liqası: “İnter Bakı” səfərdə qələbə qazanıb

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan təmsilçisi “İnter” səfərdə İslandiya klubu “Hafnarfyordur”un qonağı olub.

İlk mərhələdə Albaniyanın “Laçi” klubunu mübarizədən kənarlaşdıran bakılılar (1:1, 0:0) II təsnifat mərhələsində də eyni uğuru qazanmağa çalışır.

Hafnarfyordurun eyniadlı təmsilçisi Azərbaycan klubları üçün tanış rəqibdi. Belə ki, 10 il əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi” İslandiya klubunu hər iki matçda məğlub etmişdi – 2:0, 2:1.

İlk hissədə komandaların hücum səyləri nəticə vermədi və rəqiblər fasiləyə qolsuz bərabərliklə yollandılar. İkinci hissədə isə azarekşlər 3 qol izlədilər. Əvvəlcə ev sahibləri penalti zərbəsi ilə hesabı açdı. 54-cü dəqiqədə Kvekveskiri Rauf Əliyevə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi. Bu epizodda rəqib qapıçı qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Təmsilçimizin qələbə qolu isə 61-ci dəqiqədə Dieqo Martinsdən gəldi.

Beləliklə, səfərdə qələbə qazanan "bankirlər" cavab qarşılaşması üçün böyük üstünlük qazandılar.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun

“Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan) - 1:2
Qollar: Qudnason, 39 (pen.) - Kvekveskiri, 54 (pen.), Dieqo Martins, 61
Şərhlər
İdman bölməsinin xəbərləri