Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Trend UEFA-nın saytına istinadən məlumat verir ki, Azərbaycanı turnirdə təmsil edən "İnter" və "Qəbələ" klublarının növbəti mərhələdəki potensial rəqibləri məlum olub.
Belə ki, "Qəbələ" Serbiyanın "Çukariçki" klubunu məğlub etsə, növbəti mərhələdə "Apollon" (Kipr) - "Trakay" (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.
“İnter” isə İslandiyanın "Hafnarfyordur" klubundan üstün olsa, İspaniyanın “Atletik” (Bilbao) komanası ilə qarşılaşacaq.
Qeyd edək ki, "İnter" səfərdə keçirdiyi ilk oyunda İslandiya təmsilçisini 2:1 hesabı ilə məğlub edib.
__________________
Sabah Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. ANS PRESS-in məlumatına görə, "Qarabağ"ın rəqibi bilindi şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
III təsnifat mərhələsində 29 cütlük mübarizə aparacaq. Püşkatmaya II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə bu mərhələdən başlayacaq 25 klub qatılacaq.
Püşkatmada iştirak edəcək 91 klub arasında iki Azərbaycan təmsilçisi var. Premyer Liqanın gümüş və bürünc mükafatçıları - "İnter"lə "Qəbələ"nin gözü Nyonda olacaq. Onlar bu mərhələdə iştirak etmək üçün müvafiq olaraq "Hafnarfyordur" (İslandiya) və "Çukariçki" (Serbiya) səddlərini keçməlidilər.
Hər iki klubumuzun mübarizə apardığı cütlük püşk zamanı "Səpələnməmişlər" səbətində yer alacaq. Bu isə onların daha güclü rəqiblərlə qarşılaşması deməkdi. "İnter"lə "Qəbələ"nin potensial rəqibləri arasında Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Atletik", İtaliyanın "Sampdoriya", İngiltərənin "Sautqempton", Fransanın "Bordo", Hollandiyanın "Alkmaar" kimi klublar var.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 30 iyul, cavab qarşılaşmaları 6 avqust tariхlərində keçiriləcək.
Səpələnmişlər
Borussiya (Dortmund, Almaniya)
Rubin (Rusiya)
Atletik (İspaniya)
Alkmaar (Hollandiya)
Standard (Belçika)
Bordo (Fransa)
Sampdoriya (İtaliya)
Vitoriya (Portuqaliya)
Sent-Etyenn (Fransa)
Sürix (İsveçrə)
Slovan (Çexiya)
Sauthempton (İngiltərə)
Krasnodar (Rusiya)
Belenenseş (Portuqaliya)
Vorskla (Ukrayna)
Atromitos (Yunanıstan)
Zarya (Ukrayna)
Kopenhagen (Danimarka) - Nyu Taun (Uels) cütünün qalibi
Lokomotiva (Xorvatiya) - PAOK (Yunanıstan) cütünün qalibi
Trabzonspor (Türkiyə) - Differdanj (Lüksemburq) cütünün qalibi
Legiya (Polşa) - Botoşani (Rumıniya) cütünün qalibi
Vest Hem (İngiltərə) - Birkirkara (Malta) cütünün qalibi
Riyeka (Xorvatiya) - Aberdin (Şotlandiya) cütünün qalibi
Reykyavik (İslandiya) - Rusenburq (Norveç) cütünün qalibi
Randers (Danimarka) - Elfsborq (İsveç) cütünün qalibi
Koper (Sloveniya) - Hayduk (Xorvatiya) cütünün qalibi
Yagelloniya (Polşa) - Omoniya (Kipr) cütünün qalibi
Apollon (Cənubi Kipr) - Trakai (Litva) cütünün qalibi
Hapoel (Beer-Şeva, İsrail) - Tyun (İsveçrə) cütünün qalibi
Səpələnməmişlər
Vitess (Hollandiya)
Yablonets (Çexiya)
Şturm (Avstriya)
AEK (Cənubi Kipr)
Hapoel (Kiryat-Şmona, İsrail)
Başakşəhərspor (Türkiyə)
Tırqu Mureş (Rumıniya)
Altax (Avstriya)
İnverness (Şotlandiya) - Astra (Rumıniya) cütünün qalibi
Çerno More (Bolqarıstan) - Dinamo (Belarus) cütünün qalibi
Mlada (Çexiya) - Stromsqodset (Norveç) cütünün qalibi
AİK (İsveç) - Şirak (Ermənistan) cütünün qalibi
Kayrat (Qazaxıstan) - Alaşkert (Ermənistan) cütünün qalibi
Yelqava (Latviya) - Rabotniçki (Makedoniya) cütünün qalibi
Skonto (Latviya) - Debretsen (Macarıstan) cütünün qalibi
Şaxtyor (Belarus) - Volfsberger (Avstriya) cütünün qalibi
Vaduts (Lixtenşteyn) - Nomme Kalyu (Estoniya) cütünün qalibi
Beroe (Bolqarıstan) - Brondbü (Danimarka) cütünün qalibi
Kukesi (Albaniya) - Mladost (Çernoqoriya) cütünün qalibi
Şarlerua (Belçika) - Beytar (İsrail) cütünün qalibi
Spartak (Slovakiya) - Linfild (Şimali İrlandiya) cütünün qalibi
Slovan (Slovakiya) - Kollec (İrlandiya) cütünün qalibi
Çukariçki (Serbiya) - Qələbə (Azərbaycan) cütünün qalibi
Ferensvaroş (Macarıstan) - Jelezniçar (Bosniya və Herseqovina) cütünün qalibi
Voyvodina (Serbiya) - Spartak (Latviya) cütünün qalibi
Şemrok Rovers (İrlandiya) - Odd Qrenland (Norveç) cütünün qalibi
Hafnarfyordur (İslandiya) - İnter (Azərbaycan) cütünün qalibi
Daçiya (Moldova) - Jilina (Slovakiya) cütünün qalibi
Slask (Polşa) - Göteborq (İsveç) cütünün qalibi