Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend UEFA-nın saytına istinadən məlumat verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ"ın növbəti mərhələdəki potensial rəqibi məlum olub.
Ağdam təmsilçisi II təsnifat mərhələsində Monteneqronun "Rudar" klubunu məğlub etsə, III mərhələdə "Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
_______________
Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. ANS-in məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Püşkatmada II təsnifat mərhələsində çıхış edən 17 cütlük və III təsnifat mərhələsinə birbaşa vəsiqə qazanan 13 klub iştirak edəcək.
Əvvəlcə 17 cütlük və mübarizəyə bu mərhələdən başlayan 3 yüksək reytinqli liqanın (reytinqdə 14-16-cı yerlər) çempionları 10 cütü müəyyənləşdirəcək. "Qarabağ"ın potensial rəqibi püşkatmanın bu mərhələsində müəyyənləşəcək.
Artıq UEFA komandaları səbətlərə bölüb. "Qarabağ" - "Rudar" (Çernoqoriya) cütü zəiflərin arasında - "Səpələnməmişlər" səbətində yer alıb. Bu isə o, deməkdi ki, "Qarabağ" mərhələ adlayacağı halda daha güclü rəqiblə üz-üzə gələcək. Təmsilçimizin potensial rəqibləri arasında ötən mövsüm uduzduğu "Zalsburq", "Bazel", "Viktoriya", BATE, "Seltik" kimi məşhur komandalar var.
Püşkatmanın ikinci mərhələsində isə ölkələrində çempion olmayan komandalar cütlükləri formalaşdıracaq. Bu mərhələyə vəsiqə qazanan belə komandaların sayı 10-du. Türkiyənin "Fənərbaxça" klubu da mübarizəyə bu mərhələdən başlayacaq. "Sarı-lacivərdlilər" "Səpələnməmişlər" səbətində yer alıb.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 28-29 iyul, cavab qarşılaşmaları isə 4-5 avqust tariхlərində keçiriləcək.
Çempionlar qrupu
Səpələnmişlər
Bazel (İsveçrə)
Zalsburq (Avstriya)
Viktoriya (Çexiya)
BATE (Belarus) - Dandalk (İrlandiya) cütünün qalibi
Seltik (Şotlandiya) - Styarnan (İslandiya) cütünün qalibi
Dinamo (Xorvatiya) - Fola (Lüksemburq) cütünün qalibi
APOEL (Kipr) - Vardar (Makedoniya) cütünün qalibi
Ludoqorets (Bolqarıstan) - Milsami (Moldova) cütünün qalibi
Trençin (Slovakiya) - Styaua (Rumıniya) cütünün qalibi
Maribor (Sloveniya) - Astana (Qazaxıstan) cütünün qalibi
Səpələnməmişlər
Ventspils (Latviya) - HİK (Finlandiya) cütünün qalibi
Midtyulland (Danimarka) - Linkoln (Cəbəllütariq) cütünün qalibi
Hibernians (Malta) - Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi
Molde (Norveç) - Pünik (Ermənistan) cütünün qalibi
TNS (Uels) - Videoton (Macarıstan) cütünün qalibi
Skenderbeu (Albaniya) - Kruzaders (Şimali İrlandiya) cütünün qalibi
Partizan (Serbiya) - Dila (Gürcüstan) cütünün qalibi
Sarayevo (Bosniya və Herseqovina) - Lex (Polşa) cütünün qalibi
Qarabağ (Azərbaycan) - Rudar (Monteneqro) cütünün qalibi
Malmö (İsveç) - Jalgiris (Litva) cütünün qalibi
Qeyri-çempionlar
Səpələnmişlər
Şaxtyor (Ukrayna)
Ayaks (Hollandiya)
ÇSKA (Rusiya)
Brügge (Belçika)
Monako (Fransa)
Səpələnməmişlər
Yanq Boyz (İsveçrə)
Sparta (Çexiya)
Fənərbaxça (Türkiyə)
Panatinaikos (Yunanıstan)
Rapid (Avstriya)