Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları intensivləşdirməyin vaxtı çatıb

Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları intensivləşdirməyin vaxtı çatıb Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsinin vaxtı çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.

O, qeyd edib: "Əsaslar var ki, səylərimizi intensivləşdirməyin vaxtı çatıb. Ümumi ab-hava və nəticəyə istiqamətlənməni nəzərə alaraq, biz bu tərəqqini təmin edə bilərik".

Öz növbəsində, E.Məmmədyarov bildirib: "İranın nüvə proqramının nizamlanması üzrə uzunmüddətli danışıqların başa çatması ümid verir ki, Dağlıq Qarabağ münaqişəsini də həll etmək olar".
Şərhlər
Siyasət bölməsinin xəbərləri