Həmkəndlisini tüfənglə vurdu, təslim oldu
- 17.07.2015, 16:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yevlax rayonu, Yuxarı Qaxun kənd sakini həmkəndlisini qətlə yetirib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyulun 16-da Yevlax rayonu, Yuxarı Qaxun kəndində kənd sakini Kamil Qədirov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Sənan Qədirova xəsarət yetirib.
Nəticədə S.Qədirov hadisə yerində ölüb.
K.Qədirov könüllü olaraq Yevlax RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi təhvil verib.