Belqrad küçələrindən birinə Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib
- 18.07.2015, 00:30,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Serbiyadakı səfirlik Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burada yaşayan həmvətənlərin təşəbbüsü ilə görkəmli şair Bəxtiyar Vahabzadənin bu ölkədə yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün şəhər meriyasına müraciət edib.
APA-nın “AZƏRTAC”-a istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə müvafiq sərəncamını əldə rəhbər tutaraq atılan bu addımla əlaqədar şəhər meriyası və ölkə parlamentinin iyunun 23-də keçirdiyi iclasda Belqradın Tsrnotravske küçəsindən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, bu küçə səfirliyin binasına yaxın yerdə və şəhərin ən görkəmli hissəsində yerləşir.