ABŞ xüsusi xidmət orqanları Vladimir Putini 20 ildən çox izləyib
- 19.07.2015, 12:42,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ xüsusi xidmət orqanları Vladimir Putini prezident olmazdan xeyli əvvəl, ötən əsrin 90-cı illərindən izləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın “Times” nəşri məlumat yayıb.
“Vladimir Putin hələ 1990-cı illərdə Sankt Peterburq merinin müavini çalışan zaman Amerika kəşfiyyatının dərin maraq obyekti olub”, deyə nəşr qeyd edib.
Qeyd edək ki, WikiLeaks portalı bundan əvvəl ABŞ xüsusi xidmət orqanları tərəfindən aparılan casusluğun miqyasına aydınlıq gətirib. Belə ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi Almaniyanın son üç kansleri – Angela Merkel, Qerhard Şröder və Helmut Kolun telefon danışıqlarını izləyib.
“Bild” nəşri qeyd edir kİ, Qerhard Şröder kansler vəzifəsini tərk etdikdən sonra da ABŞ-ın marağında qalıb. Belə ki, eks-kansler vəzifəsindən getdikdən sonra Rusiya energetikası ilə əlaqəli sahədə çalışmağa başlayıb. Qerhard Şröder 2006-cı ildə “Şimal axını” (Nord Stream) layihəsinin səhmdarlar komitəsinə rəhbər keçib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qerhard Şröderin Rusiya prezidenti ilə təmasda olduğuna görə izlənilməsi xəbərini şərh edərkən Kremlin bu barədə çoxdan məlumatlı olduğunu qeyd edib.
WikiLeaks-in məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi həmçinin Fransanın son üç prezidenti də daxil olmaqla ölkənin siyasi elitasını və sahibkarlarını izləyib.