Robert Sekuta: “ABŞ və Azərbaycan arasında illərdir ki, hərbi sahədə əməkdaşlıq mövcuddur”
- 19.07.2015, 12:43,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“ABŞ və Azərbaycan arasında hərbi sahədə illərdir ki, əməkdaşlıq mövcuddur. Biz ölkələrimiz arasındakı hərbi sahədəki əməkdaşlığı alqışlayırıq”.
APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
“Azərbaycan çoxsaylı sülhməramlı missiyada iştirak edib. Buna Əfqanıstan, İraq və Kosovodakı missiyaları nümunə göstərmək olar. Bu kimi sülhməramlı missiyalara qatılan Azərbaycan bilavasitə öz hərbi gücünün inkişafına təkan vermiş, hərbi operativliyinin səviyyəsini yüksəltmiş olur. Bununla yanaşı, Azərbaycan bir sıra qlobal məsələlərin həllində də yer alır”, - deyə səfir bildirib.
Diplomat dövlətlərarası münasibətlərin əsas məqamının iki dövlət arasında müxtəlif səviyyələrdə olan əməkdaşlıq və əlaqələrdən ibarət olduğunu bildirib: “Mütəmadi əlaqədə olmaq çox böyük önəm kəsb edir”.
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın birgə hökumətlərarası komissiyanın yaradılması ilə bağlı bəyanatı şərh edən səfir Sekuta bu məsələnin reallaşması istiqamətində hazırda iş getdiyini bildirib: “Bu məsələ çözülmək istiqamətindədir. Danışıqlar gedir. Nuland özü Azərbaycanın yüksək səviyyəli dövlət nümayəndələri ilə əlaqədə olub. Bilirsiniz ki, bu kimi mühüm təşəbbüslər üçün hazırlıq lazımdır, bu məsələ inkişafdadır”.