FİFA-nın yeni prezidenti gələn il fevralın 26-da seçiləcək
- 21.07.2015, 10:34,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın idman naziri, FİFA İcraiyyə Komitəsinin üzvü Vitali Mutko FİFA-nın yeni prezidentin gələn il fevralın 26-da Sürixdə seçiləcəyini bildirib.
APA-nın “R-Sport”a istinadən verdiyi xəbərə görə, FİFA İcraiyyə Komitəsi müvafiq qərar iyulun 20-də keçirilmiş növbədənkənar iclasında verilib.
Xatırladaq ki, Yozef Blatter mayın 29-da beşinci müddətə seçilsə də artıq iyulun 2-də korrupsiya qalmaqalı fonunda istefa verib.
Prezident seçkilərində namizədliyi dörd konfederasiya tərəfindən dəstəklənən UEFA rəhbəri Mişel Platininin iştirak edəcəyi gözlənilir.