Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gəlib

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gəlib Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti D.Tusku Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri