Donald Tusk: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir"
- 22.07.2015, 13:31,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Dağlıq Qarabağ münaqişəsinin həlli fəaliyyətimizin prioriteti olmalıdır"
"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir".
APA-nın verdiyi xəbərə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Biz ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Münaqişənin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik”, - deyə D. Tusk qeyd edib.