Moskvadan Gəncəyə uçan təyyarə məcburi eniş edib
- 22.07.2015, 15:44,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvadan Gəncəyə uçan “Ural” Hava Yollarına məxsus təyyarə Rusiyanın Mineralnıe Vodı şəhərində məcburi eniş edib.
Bu barədə APA-ya təyyarədə olan sərnişinlər məlumat verib.
Sərnişinlərə təyyarənin texniki nasazlıq səbəbindən eniş etdiyi bildirilib. Sərnişinlər təyyarədən düşürülüb. Hazırda pasport yoxlama məntəqəsində gözləyən sərnişinlərə uçuşun nə zaman olacağı haqda məlumat verilməyib.