İranda həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasınını elmi işçisi, Şəhriyarşünas Xalidə Xalid azadlığa buraxılıb. ANS-in İran bürosundan verilən məlumata görə, Xalidə Xalid bu dəqiqələrdə Azərbaycan tərəfinə təhvil verilir.
Xatırladaq ki, aprelin 30-da Təbrizdə saxlanılan Xalidə Xalidin azad olunması ilə bağlı razılıq Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin İrana səfəri zamanı əldə olunmuşdu. Bundan sonra İran xarici işlər nazirinin müavini Abbas Əraqçı açıqlama verərək azərbaycanlıların tez bir zamanda evlərində olacağını demişdi.
Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadə Azərbaycan vətədaşlarının həbsdən azad olması münasibətilə onların ailəsini ANS vasitəsilə təbrik edib və prezident İlham Əliyevə problemin həllində göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
ANS-in eksklüziv məlumatına əsasən İranın Azərbaycanda saxlanılan vətəndaşı Kazimi ilə əlaqədar İran tərəfinin də müraciəti təmin edilib.