Rövnəq Abdullayev: "Yaxın 1-2 il ərzində neftin qiyməti 75 dollaradək artacaq"
- 22.07.2015, 17:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Neftin qiyməti iqtisadi amillərdən daha çox siyasi amillərdən asılıdır. Elə bir səviyyə var ki, neftin qiyməti ondan aşağı düşə bilməz".
APA-nin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
SOCAR prezidentinin sözlərinə görə, neftin maya dəyərinin 60 dollardan aşağı düşməsi bu sahədəki işlərin 50%-ə qədərinin dayandırılmasına səbəb olub. "Neftin qiymətinin bundan aşağı düşməsi bazarda böyük problemlər yaradır. Bu gün SOCAR-ın neft hasilatı maya dəyərindən aşağıdır. Buna görə, baş verənlər bizə o qədər də təsir etmir".
R. Abdullayev "qara qızıl"ın qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb. SOCAR prezidentinin gözləntilərinə görə, qarşıdakı 1-2 il ərzində neftin qiyməti 65-75 dollar arasında dəyişəcək.