“Qarabağ” UEFA Çempionlar Liqasınında növbəti mərhələyə yüksəlib

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”la cavab oyununa çıxıb.

APA-nın məlumatına görə, öz meydanında keçirilən ilk görüşdə qolsuz heç-heçəyə imza atan Ağdam klubu bu dəfə səfərdə rəqibi ilə münasibətlərə aydınlıq gətirib.

Oyuna istəkli başlayan “Qarabağ” ilk dəqiqələrdən hücuma atıldı. Ancaq Ağdam təmsilçisinin bütün cəhdlərinə baxmayaraq ilk yarıda hesabı açmaq mümkün olmadı.

İkinci hissə də eyni ssenari ilə başladı. Hücum edən “Qarabağ”, müdafiə olunan isə ev sahibləri idi. Ancaq təmsilçimizin bu təzyiqi nəhayət bəhrəsini verdi.

Oyunun 57-ci dəqiqəsində Ansi Aqollinin sol cinahdan ötürməsini tək toxunuşla tora qovuşduran Reynaldo hesabı açdı.

Matçın gedişində hər iki komandanın bir neçə dəfə cəhdi olsa da oyunda başqa qol olmadı.

Beləliklə, səfərdə qalib gələn Qurban Qurbanovun yetirmələri növbəti mərhələyə yüksəliblər.

III mərhələdə isə rəqib Şotlandiyanın “Seltik” klubu olacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi
Cavab oyunu

"Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Reynaldo, 56

Baş hakim: Georgi Kabakov

İlk oyun – 0:0
Şərhlər
İdman bölməsinin xəbərləri