İnternetin sürəti 100 Mbit/s-ə çatdırılacaq

İnternetin sürəti 100 Mbit/s-ə çatdırılacaq Dünya İqtisadi Forumunun beynəlxalq İT hesabatına əsasən, Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB-də və regionda liderliyini qoruyub saxlayıb. İnternetin əlçatanlığına, istifadə mümkünlüyünə görə isə Azərbaycan dünya ölkələri arasında 20-ci yerdə qərarlaşıb. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yüksək sürətli - 1 Mbit/saniyə internetin qiyməti orta əmək haqqının təxminən 2-3%-ni təşkil edir: «Bu da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı mövqedir».

Nazir bildirib ki, qarşıdakı 8-10 ildə ölkədə İKT sektorunun inkişafı əsasən üç istiqamətdə - infrastrukturun genişlənməsi, real İKT sektorunun inkişafı və İKT-nin digər sahələrə təsiri yönündə davam edəcək. İnfrastruktur sahəsində gələcək 10 ildə genişzolaqlı internetin daha da yayılması planlaşdırılır. Azərbaycan Genişzolaqlı İnternetin İnkişaf Strategiyasına görə qarşıdakı üç ildə «evlərə optika» modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulmasına Dövlət Neft Fondundan təxminən 500 mln. ABŞ dollarına yaxın vəsait ayrılacaq.

Bu layihə nəticəsində 3 ildən sonra Azərbaycan kəndlərində internetin sürəti təxminən 30 Mbit/saniyəyə, şəhər yerlərində isə 100 Mbit/saniyəyə çatacaq: «Ümumiyyətlə, 2017-ci ilin sonuna əhalinin 85%-nin sürətli internetə çıxış imkanı olacaq. Bu isə inkişaf etmiş ölkələrin hədəfləri ilə uyğundur».i
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51