Ceyms Uorlik: "Düşünürəm ki, müharibə dövrü artıq keçib"

“Hüquqşünas olmadığıma görə hər hansı hüquqi məsələ barədə ətraflı danışa bilmərəm. Onu deyə bilərəm ki, istənilən müstəvidə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar tərəflərin marağındadır. Tərəflər özü də bu istiqamətdə böyük əzmkarlıqla işləyir. Bütün fəaliyyətlər münaqişənin sülh yolu ilə həllinə istiqamətləndirilib. Münaqişənin həlli həm Azərbaycan, həm də erməni xalqlarının marağında və xeyrinədir".

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar hüquqi sənəddir. Siz nizamlanma prosesində beynəlxalq hüququ özündə əks etdirən bu sənədə istinad edəcəksinizmi" sualına cavabında deyib.

“Mən və Minsk Qrupunun digər həmsədrləri ən sıx və praqmatik şəkildə fəaliyyət göstərərək, çalışırq ki, hər iki tərəfi təmsil edən nazirlər və prezidentlər öz xalqlarının maraqlarını təmin edən dinc yolla həll variantını tapsınlar. Düşünürəm ki, müharibə dövrü artıq keçib. Bu müharibədə həddindən artıq qurban verilib, həddindən artıq vəsaitlər itirilib”, - deyə C. Uorlik bildirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri