Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
"Qəbələ" Serbiyanın "Çukariçki" klubunu qəbul edib.
İlk oyunda səfərdə minimal hesabla (0:1) məğlub olan qəbələlilər bu dəfə rəqib qapısına yol tapa biliblər - 39-cu dəqiqədə Sergey Zenyov fərqlənib.
53-cü dəqiqədə S.Zenyov hesab arasındakı fərqi artırıb - 2:0. Oyun elə bu hesabla da başa çatıb.
Beləliklə, tarixində ilk dəfə II təsnifat mərhələsində iştirak edən "Qəbələ" III mərhələyə yüksəlməklə növbəti dəfə tarix yazıb.
Təmsilçimizin növbəti mərhələdəki rəqibi Trakai" (Litva) - "Apollon" (Kipr) "cütünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun kiprlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Apollon" (Kipr) - Trakai" (Litva) ilk oyununun qollarını sizə təqdim edirik: