Azisdən öncə isə səhnəyə azərbaycanlı skripaçlar çıxaraq dünya şöhrətli mahnıları ifa edib. Daha sonra DJ Çina da səhnəyə çıxaraq konsertə gələnlərin könlünü oxşamağı bacarıb.
Azis səhnəyə çıxışı böyük coşqu ilə qarşılanıb. Tamaşaçılar sözün əsl mənasında əsl konsert izlədi. Müğənni mahnılarını fonoqramla ifa etsə də, canlı səsini də eşitmək olurdu.
Səhnədə Azisi peşəkar rəqqaslar müşayət edirdi. Tamaşaçılarından razı qalan Azis dəfələrlə Bakıda, Azərbaycanda olmağından məmnun olduğunu bildirirdi.
Müğənni tamaşaçılarla olduqca səmimi idi. Onu ayaqüstə alqışlayan heç bir tamaşaçını demək olar ki, narazı salmadı. Şəkil çəkdirmək istəyənlə şəkil, rəqs etmək istəyənləri isə səhnəyə dəvət etdi.
Konsertin ilk hissəsi bitdikdən sonra isə ikinci hissə daha möhtəşəm oldu. Müğənninin səhnə şousu, geyimləri və hit mahnıları hələ uzun müddət yaddaşlarda qalacaq.
Sonda isə Azis səhnədə diz çökərək hər kəsin qarşısında baş əydi.
Konsertin təşkilatçısı “Xəttab Organization” şirkətinin rəhbəri Samir Xəttabdır.