Bakıda mənzildən 170 min dollar oğurlayan şəxs tutulub
- 27.07.2015, 14:07,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan paytaxtında mənzildən külli miqdarda pul və qızı-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Qismət Qismətzadənin evindən içərisində 170000 ABŞ dolları pul və 7000 manat dəyərində qızıl əşyalar olan çantanı oğurlayan Bakı şəhər sakini Mehdi Məmmədov tutulub.
Qeyd edək ki, Qismət Qismətzadə tanınmış psixoloqdur.