İki ay əvvəl ərindən boşanan Ağdam sakini intihar edib
- 27.07.2015, 18:46,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağdamda intihar hadisəsi qeydə alınıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun işğal altında olan Tərneft kəndindən məcburi köçkün, 1991-ci il təvəllüdlü İbrahimova Zənurə Araz qızı yaşadığı evdə özünü asıb.
Onun əsəb xəstəsi olduğu bildirilir.
Z. İbrahimova ailəli olub, iki ay əvvəl isə boşanaraq rayon ərazisində məcburi köçkünlər üçün salınan İmamqulubəyli-1 köçkün qəsəbəsində yerləşən ata evinə qayıdıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb.