Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - NƏTİCƏLƏR



Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.

Güclü çempionatlarda çıxış edən bu komandaların matçları daha çox maraq kəsb edir. Türkiyə “Fənərbaxça”sı Ukrayna “Şaxtyor”u ilə qarşılaşıb. Bu qarşılaşma Türkiyədə uğurla çalışmış və tez-tez adı bu ölkənin klubları ilə yanaşı hallanan Mirça Luçeskunun rəqib qismində İstanbula qayıtması ilə əlamətdar olub.

Rəqiblərin bütün cəhdlərinə baxmayarq Luçesku Türkiyəyə dönüşünü qolla qeyd edə bilməyib. Qolsuz bərabərliklə ukraynalılar ikinci oyun öncəsi nisbi üstünlük qazanıblar.

Bundan başqa, Rusiya MOİK-inin Çexiya “Sparta”sı, “Panatinaikos”un (Yunanıstan) Belçika “Brügge”si ilə qarşılaşmaları da maraqlı olub. “Monako” isə İsveçrədə “Yanq Boyz”un qonağı olub.

Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Ağdamlılar Şotlandiyada “Seltik”in qonağı olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar

MOİK (Rusiya) - “Sparta” (Çexiya) - 2:2
“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya) - 0:2
“Midtyulland” (Danimarka) - APOEL (Kipr) - 1:2
“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya) - 1:2
“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna) - 0:0
“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika) - 2:1
“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa) - 1:3
“Videoton” (Macarıstan) - BATE (Belarus) - 1:1
“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç) - 1:1
Şərhlər
İdman bölməsinin xəbərləri