Sabirabadda arvadını və özünü güllələyən şəxsin hadisəni sərxoş vəziyyətdə törətdiyi məlum olub
- 29.07.2015, 16:11,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad sakini sərxoş vəziyyətdə arvadını və özünü güllələyib.
Sabirabad rayon prokurorluğundan APA-nın verilən məlumata görə, hadisə iyulun 28-də gecə saat 23.00 radələrində Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Azad Canı oğlu Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində “İj” markalı ov tüfəngindən açdığı atəşlə həyat yoldaşı, 1983-cü il təvəllüdlü Alışova Sədaqət Valeh qızını ağır yaralayıb.
Sonra o, tüfəngdən atəş açaraq özünü ağır yaralayıb. Yaralılar əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına, sonra isə vəziyyətləri ağır olduğundan 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırılıblar.
Hadisə yerindən 1 ədəd “İj” markalı ov tüfəngi maddi sübut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş verməsi istintaq tərəfindən araşdırılır.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***
Sabirabadda silahlı insident olub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 28-də Sabirabad rayonunun Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra özünə xəsarət yetirib.
Hər ikisi xəstəxanaya yerləşdirilib.