Türkiyənin “O ses Türkiye” layihəsinin azərbaycanlı iştirakçısı müğənni Səmra Rəhimlinin rəsmi YouTube kanalında “O sevir” (musiqi və sözlər MC Murada məxsusdur) mahnısına çəkilmiş debüt videosu təqdim edilib.
“O sevir” klipi Xəzər dənizi sahillərində çəkilib. Rejissor Hüseyn Qəribovdur.
“Gənc olmasına baxmayaraq Hüseyn Qəribov istedadlı rejissordur, onunla işləmək xoş idi. Düşünürəm ki, onun işinin nəticəsi – “O sevir” klipi dinləyicilərin və tamaşaçıların xoşuna gələcək. Biz çox çalışdıq və ümid edirəm ki, mahnı və klip mənə uğur gətirəcək.
Çəkiliş prosesində və ümumiyyətlə yaradıcılıq işlərində mənə yardım edən anama xüsusi təşəkkür etmək istəyirəm”, - Səmra qeyd edib.
Xatırladaq ki, “O ses Türkiyə” layihəsində Səmra Rəhimli dörd müsabiqə mərhələsi keçib, ifaçı eləcə də “Eurovision 2012”nin milli seçim turunda da iştirak edib.