Cavid Hüseynovdan bayrağımızı cıran kiprli azərkeşlərə cavab

Futbolçumuz azərkeşlərə ədəbsiz jest göstərib.

Kiprin “Apollon” və Azərbaycanın “Qəbələ” oyunu zamanı xoşagəlməz hadisə baş verib.

Kiprli azərkeşlər Azərbaycan bayrağını cıraraq tribunalardan asıblar. Bu epizod televiziya ekranlarında hakimin oyunun sonlarında “Apollon”un qapısına təyin etdiyi penalti zərbəsi zamanı görüntülənib.

Ehtimal ki, “Qəbələ”nin kapitanı Cavid Hüseynovu bu və kiprli azərkeşlərin digər xoşagəlməz hərəkətləri özündən çıxarıb. 11-metrlik zərbəni dəqiq yerinə yetirən futbolçumuz kiprli azərkeşlərə ədəbsiz jest göstərib.




oxu.az
Şərhlər
İdman bölməsinin xəbərləri