Con Kerri: ABŞ Dağlıq Qarabağ məsələsinin nizamlanmasında çox maraqlıdır
- 04.06.2013, 09:46,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın dövlət katibi Con Kerri Amerikanın Yəhudi Komitəsinin illik qlobal forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Bu barədə Trend Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat verir.
"Mən son ay ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə müxtəlif məsələri müzakirə etmişik".
Onun sözlərinə görə, Azərbaycan müxtəlif dinlərin birgə yaşaması üçün çox gözəl bir ölkədir.
Kerri vurğulayıb ki, Azərbaycan ABŞ-ın Əfqanıstanda və ISAF-da, eləcə də şimal və cənub marşrutları ilə keçən qaz kəmərləri kimi, həmçinin digər məsələlərdə mühüm tərəfdaşdır.
Kerri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edilib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyini hədələyən dondurulmuş münaqişədir və onun nizama salması haqqında biz razılaşmalıyıq:
"ATƏT-in Minsk qrupunun üzvü kimi, ABŞ Azərbaycan və Ermənistana münaqişənin həlli yollarının tapılmasında köməklik göstərməsində maraqlıdır. Biz, müharibə və münaqişəyə qayıdışı ən sonuncu olaraq istəyirik. Biz bəzi məqamları, həmçinin müxtəlif məsələləri müzakirə etməyə hazırlaşırıq".
Azərbaycanın xarici işlər naziri qeyd edib ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaşdır:
"ABŞ-la bizim əməkdaşlığımızın gündəliyində duran məsələlər sözsüz ki, strateji xarakter daşıyır. Biz inanırıq ki, ABŞ-la birlikdə rastlaşdığımız bütün bu çətinlikləri geridə qoyacağıq. Əsas problemlərdən biri qonşu biz sülh və əmin-amanlıq şəraitində yaşamaqda maraqlı olduğumuz Ermənistanla münaqişənin həllidir".